Ukraynada qələbə bayramı döyüş meydanına çevrildi

 

II Dünya Savaşında faşizm üzərində qələbə günü münasibəti ilə Ukraynada keçirilən kütləvi tədbirlər zamanı 45 nəfər saxlanılıb.

Bu açıqlamanı Ukraynanın daxili işlər naziri Sergey Yaravoy ötən  gün keçirdiyi brifiqndə verib. Son məlumata görə, Kiyevdə 25 nəfər saxlanılıb ki, onların 24-ü xuliqanlıqda ittiham olunur. Bütün Ukrayna ərazisində isə 45 nəfər saxlanılıb. Aksiya iştirakçıları arasında xəsarət alanlar yoxdur. Hələlik tibb işçilərinə müraciət edən olmayıb”-nazir belə deyib.

Qeyd edək ki, 50 min nəfər vətəndaşın iştirak etdiyi yürüş zamanı təbliği qadağan olunmuş şüarlar səsləndirilib və rəmzlər qaldırılıb. Aksiyaları 30 min nəfər polis müşahidə edib. Müştəlif şəhərlərdə baş vermiş qarşıdurma zamanı xəsarət alanların olduğu xəbər verilir. Ukrayna Milli Polisi Kiyevdə və Zaparojyedə 8 nəfər, Dneprdə isə 6 nəfər polis əməkdaşının xəsarət aldığı barədə rəsmi məlumat yayıb. Bundan başqa, Ukrayna mediası polislərin aksiya iştirakçılarına xəsarət yetirdiyini bildirir. Belə ki, toqquşmalar zamanı Dneprdə bir nəfər, Odessada on iki, Xmelnistski və Çerniqovda daha iki nəfər vətəndaşın xəsarət aldığı qeyd edilir.
Qeyd edək ki, II Dünya Savaşı ilə bağlı keçmiş Sovetlər Birliyinə daxil olan ölkələrdə fərqli münasibətlər mövcuddur. Rusiya “qırmızı şər imperiyası”nın hüquqi varisi kimi bu böyük qələbəni öz adına, digər dövlətlər isə bəşəriyyət adına qeyd olunması tərəfdarı olaraq çıxış edirlər. Rusiyanın maraqlarına uyğun olmayan dövlətlərdə hər il 9 may qələbə günü süni şəkildə qarşıdurmalar yaranır. Litva, Latviya, Estoniya və Ukraynada daha sərt şəkildə bildirilir ki, II Dünya Savaşı faşizm üzərində qələbə ilə tamamlansa da, bu böyük qələbəni sadəcə Rusiyanın adına yazmaq doğru deyil. Demək olar Ukraynada hər il Rusiya ilə münasibətlərə soyuqluq gətirən amillərdən biri də 9 may qələbə günü ilə

bağlı keçirilən tədbirlərdir. Ukraynalılar bu bayramı bəşəri, Rusiya yönlülər isə “Qızıl Moskva”nın uğuru kimi dəyərləndirirlər. Ona görə də daim bu mövzu qalmaqallara səbəb olur. 

 

Xudaferin.eu 
Ukrayna, “Kiyev Bürosu”

 

09:57