“Uğurlu rəsm əsəri” müsabiqəsinin yekun sərgisi açılıb

Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda “Uğurlu rəsm əsəri” müsabiqəsinin yekun sərgisi açılıb. Sərgi Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə gerçəkləşib. Sərgidə müsabiqədən seçilmiş 17 rəngkarlıq, 11 qrafika, 8 heykəltəraşlıq və 6-dək xalçaçılıq, yağlı boya, akvarel və batika janrında olmaqla 40-dək fırça ustasının əsərləri yer alıb. Bir həftə davam edəcək sərgi çərçivəsində “Uğurlu rəsm əsəri” seçiləcək, qaliblər diplom və hədiyyələrlə təltif olunacaq.

Xudaferin.eu

12:26