Üç böyük şəxsiyyət

Məhəmməd Əmin Rəsulzadə dövləti quran, Elçibəy müstəqilliyi yenidən bərpa edən, Heydər Əliyev isə müstəqilliyimizi qoruyub saxlayan tarixi şəxsiyyətlərdir.

Onların hər biri dərin hörmətə layiq dahi şəxsiyyətlərimizdir!

Hər birinin öz dövrünə aid çətinlikləri və o dövrə görə aldıqları qərarlar, hər birinin öz komandası, dostları və o günün şərtlərində onları dəstəkləyən xalq var idi.

Biz onları öz dövrlərinin şərtlərinə görə qiymətləndiririk və hər birinə dəyər veririk.

Çünki onların hər birinin ürəyi Azərbaycan üçün döyünürdü. Verdikləri qərarlar isə Azərbaycan dövlətinin müstəqil və suveren gələcəyi üçün atılırdı.

Uca Allah, hər üç dahi şəxsiyyətimizə rəhmət etsin, ruhları şad olsun. Amin!

Şirməmməd Hüseynov

Xudaferin.eu

06:11