Tutuqlu milli fəal xəstəxanaya aparıldı

 

2016-cı il mayın 15-də casusluq ittihamı ilə Güney Azərbaycanın Ərdəbil bölgəsində  İran mollakratiya rejiminin təhlükəsizlik qüvvələrini təmsil edən İttilaat tərəfindən nəzarət altına alınmış milli fəal Həbib Sasanianın sağlıq durumu pisləşib. Tutuqlu olmadan öncə sağlığında hər hansı bir problemi olmayan Həbib Sasanian hazırda bədəninin müxtəlif nahiyələrində ağrılar çəkməkdədir. Milli fəalın durumu o qədər ağırdır ki onu fevralın 3-də Təbrizin Sina xəstəxanasına aparmaq zorunda qalıblar. Göz ağrısı və qan təzyiqinin artmasından əziyət çəkn milli fəal Həbib Sasanian bir neçə dəfə huşunu itirib.
Qeyd edək ki Həbib Sasanianın halı dəfələrlə ağırlaşas da onunla eyni həbsxanada  saxlanılan digər məhbuslar yardımına gələrək milli fəalın həyatını qurtarıblar. Belə bir durumun özü sübut edir ki, İran mollakratiya rejimi siyasi əqidəsinə görə tutuqlu olan vətəndaşların sağlıq durumunun nə qədər ağır olmasında maraqlı tərəf kimi iştirak edir.  Xatırladaq İttilaat qüvvəlləri mayın 15-də Güney Azərbaycan Milli Hərəkatının 6 nəfər milli fəalı Həbib Sasanian ,Həmid Siqqəti, Mehdi Cavadzadə, Babək Avənd, İsmayıl Əfxəmi və Yunis Rəhimi birlikdə Ərdəbildə tutulamuşlar. Həbs edilən milli fəalları cəsusluq maddəsi ilə ittiham etmişdir. Hətta məhkəmədə irəli sürülən iddianamədə də açıq şəkildə qeyd olunur ki, həbs iolunan bu milli fəllar GAMO (Güney Azərbaycan milli Ordusu ) adlı “separatçı şəbəkə qurmuşlar. Milli fəallara qarşı bunca yalan iftiralar atmalqa yanaçı, onlar mühakiməsiz şəkildə İttilaat idarəsində uzun müddət saxlanılmış və sonra isə, onları Təbrizdəki mərkəzi həbsxanaya köçürmüşlər.

Sasaniyanın 2006-cı ildən bəri mədəni fəaliyyətlər ilə məşğul olduğunu və türk dilində şeirlər və məqalələr yazdığını Azərbaycan milli Azadlıq hərəkətinin fəalları yaxşı bilməkdədir

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

 

 

 

 

 

10:14