Tusk növbəti dəfə Avropa İttifaqı Şurasının prezidenti seçilib

Donald Tuskun Avropa İttifaqı Şurasının prezidenti vəzifəsində mandatı uzadılıb.  

Xudaferin.eu-nun APA-ya istinadən verdiyi xəbərə görə, D.Tusk qurumun Brüssel sammitində tələb olunan sayda səs toplaya bilib. O, 2019-cu ilin noyabr ayınadək bu vəzifəni icra edəcək.  

Donald Tusk ilk dəfə bu vəzifənin icrasına 2014-cü ilin 1 dekabrında başlayıb. O, bu vəzifədə belçikalı Herman Van Rompeyi əvəzləyib. Reqlamentə uyğun olaraq, D.Tuskun səlahiyyət müddəti cari ilin may ayının 31-də başa çatacaq.

Bu vəzifəyə digər namizəd olan Yatsek Sariuş-Volksiyə gəlincə isə, o ümumiyyətlə səs toplaya bilməyib.

Xudaferin.eu

11:41