TÜRKSOY-un növbəti “Fotoqraflar görüşü”

 

TÜRKSOY təşkilatının ənənəvi layihələrindən olan “Fotoqraflar görüşü" 14-cü dəfə 16-22 aprel tarixində "Türkistan 2017: Türk Dünyasının Kültür Başkəndi" tədbirləri çərçivəsində baş tutacaq.

 

Layihənin məqsədi foto sənətini dəstəkləmək və türk xalqlarının bu sənətdə necə güclü olduqlarını dünyaya tanıtmaqdır. Qeyd edək ki, "TÜRKSOY fotoqraflar görüşü" 2004-cü ildən etibarən keçirilir. TÜRKSOY Güney Qazaxıstan Vilayəti Kültür Müdirliyi, Xalq Sənəti Mərkəzi və Vizual Sənətlər Muzeyi tərəfindən Türkistan şəhərində keçiriləcək budəfəki tədbirə 8 ölkədən 15 foto ustası dəvət olunub. Layihə çərçivəsində aprelin 21-də "14-cü TÜRKSOY Fotoqraflar görüşü" iştirakçılarının bölgədəki işlərindən ibarət ''Türk Dünyası fotoqraflarının gözü ilə Türkistan” sərgisi açılacaq.

Xudaferin.eu
Qazaxstan, “Astana Bürosu”

06:06