TÜRKPA komissiyasının 8-ci iclasının iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclasının iştirakçıları martın 6-da Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini dərin ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə tər güllər qoyublar.

Xudaferin.eu

15:39