Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavininin Azərbaycana səfəri başlayıb

Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Azərbaycan Respublikasına səfərə gəlib.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında qonağı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

Xudaferin.eu

15:42