Türkiyənin növbədənkənar seçki qərarı ABŞ-da gərginlik - yaradıb

ABŞ Xarici İşlər Nazirliyi sözçüsü Heather Nauert Türkiyədə keçiriləcək növbədənkənar seçkilərlə bağlı narahatlığını dilə gətirib.

Xudaferin.eu "A Haber"ə istinadən bildirir ki, qurum rəsmisi bu barədə Vaşinqtonda keçirilən mətbuat konfransında danışıb.
O, seçkilərin Türk qanunları və Türkiyənin Beynəlxalq öhdəlikləri ilə vəhdət şəklində, ədalətli, şəffaf, azad keçəcəyinin çətin olduğunu bildirib:

"Əlbəttə azad və şəffaf seçkilər görmək istəyirik, amma bu barədə narahatlığımız var".

17:03