Türkiyənin Karabükündə "Güney Azərbaycan konfransı" keçirilib

 

“Türk Ocaqları” dərnəyi Türkiyənin Karabük elində “Güney Azərbaycan türklərinin durumu və bölgədəki son olaylar” konfransını düzənləyib. Konfransın sonucunda ayrıca açıqlama yayılmışdır. Qeyd olunur ki: 1912-ci ildən bu günə kimi fəaliyyət göstərən Türk Ocaqlarının Karabük Universitetində təşkil etdiyi konfransda “Təbriz Araşdırmaları İnstitutu”​un təmsilçiləri olaraq, Məhəmməd Rza Heyət və Babək Şahid məruzəçi statusu ilə Güney Azərbaycan və İranın digər bölgələrində yaşayan türklərin hazırkı durumunu şərh ediblər.

Konfransa 300 nəfər tələbə, alim və araşdırmaçının qatıldığı tədbirdə “Güney Azərbaycanın günümüzdəki siyasi və sosio-mədəni durumu və İran dövlətinin İran türklərinə baxışı” eləcə də, Dağlıq Qarabağ və Xocalı Qətliamı kimi mövzulara diqqət çəkilib. Konfransda həmçinin Türkiyə, İran və Rusiyanın gündəmə gələn mövzularla dair siyasət və mövqeləri dəyərləndirilib. 2 saat davam edən tədbirin sonunda məruzəçilər Karabük Universiteti tələbələrinin suallarını cavablandırıblar.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

 

06:46