Türkiyənin bələdiyyə başqanları Cocuq Mərcanlıya səfər edib

 

Türkiyənin 13 şəhər və rayon bələdiyyəsinin rəhbərləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.

Türkiyə nümayəndə heyəti öncə Füzuli rayonunun Horadiz qəsəbəsində 2015-ci ilin aprel döyüşlərində şəhid olanların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər. Daha sonra bələdiyyə başqanları Çocuq Mərcanlı kənd orta məktəbində olub, məktəblilərlə görüşüblər. Məktəblilərə hədiyyələr təqdim olunub. Səfər çərçivəsində keçirilən görüşdə Türkiyənin Adana vilayətinin Qara İsalı bələdiyyəsi ilə Cocuq Mərcanlı bələdiyyəsi arasında protokol imzalanıb.
Qeyd edək ki, Cocuq Mərcanlı kəndinin azad edilməsi və burada həm də yerliəhalinin məskunlşaması prosesləri sürətlə inkişaf edir. Bununla yanaşı, bir sıra işadamları burada əhali üçün bir sıra iş yerləri açmışlar. Bu da öz nəvbəsində Azərbaycan tərəfinin dünyaya nümayiş etdirdi əsil mesajdır.

Azpolitika.az

 

10:32