Türkiyənin Aksaray vilayətində Qarabağ parkı açılıb

 

Türkiyənin Aksaray vilayətində Qarabağ parkının və parkda ucaldılan “Xarı bülbül” abidəsinin açılışı olub. Bu münasibətlə təşkil olunan mərasimdə rəsmi şəxslər və yerli sakinlər iştirak ediblər.
 

Aksarayın mərkəzində yerləşən Qarabağ parkının salınması Aksaray Bələdiyyəsinin qərarı ilə həyata keçirilib. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə layihə çərçivəsində ucaldılan “Xarı bülbül” abidəsinin müəllifi tanınmış heykəltəraş Akif Əsgərovdur. Abidənin üzərində Xocalı faciəsinə görə fəryad edən ana təsviri, Xan qızı Xurşudbanu Natəvanın, böyük şair Molla Pənah Vaqifin rəsmləri, muğam üçlüyü, Qarabağın, Şuşanın tarixi yerləri öz əksini tapıb.

Açılış mərasimindən sonra “Qarabağdan Aksaraya könül körpüsü, Azərbaycan-Türkiyə qardaşlıq gecəsi” adlı tədbir keçirilib. Qeyd edib ki, iki qardaş ölkə və xalq arasındakı münasibətlər bütün dünya üçün nümunədir. Tədbir Azərbaycandan olan musiqi qrupunun maraqlı ifalarından ibarət bədii hissə ilə davam edib.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

09:11