Türkiyədə polis maşını partladıldı: Bir şəhid, səkkiz yaralı var

Türkiyədə növbəti terror aktı törədilib.

Xudaferin.eu-nun xəbərinə görə, terrakt PKK-lı terrorçular tərəfindən Hakkari şəhərinin Yüksəkova qəsəbəsinin Çobanpınar kəndi yaxınlığında törədilib.

Gecə saatlarında PKK-lı terrorçular tərəfindən yola döşənmiş minaların üstündən keçən zirehli polis avtomobilinin partlaması nəticəsində doqquz polis əməkdaşı ağır yaralanıb.

Həmin polislərdən biri Yüksəkova xəstəxanasına aparılsa da, şəhid olub.

Digər səkkiz polisin müalicəsi isə  davam etdirilir.

Əslən qaziantepli olan və iki ildir Hakkaridə polis işləyən özəl hərəkatçı Recep Emre Yılmaz öz doğulduğu bölgədə dəfn ediləcək.

Xudaferin.eu

15:15