Türkiyədə “neobolşevizm” cildinə girmiş AKP rejimi
Hakim partiyanın lideri Rəcəb Təyyib Ərdoğan sosial şəbəkələrə qarşı hücuma keçdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan saxta adlarla sosial mediada hakim partiyanı təhqir edənlərin tapılması barədə tapşırıq verib. AKP yaxın olduğu iddia edilən, kimliyi bilinməyən sosial media hesablarından AKP-lilərə qarşı təhqir yazılması AKP-nin yuxarı dairələrini hərəkətə gətirib. Prezident və baş nazirin bu hesabları idarə edənlərin tapılması tapşırığı verdiyi deyilir.
AKP-də referendum prosesində və partiyanın yenidən qurulmasının intensiv xarakter aldığı fövqəladə konqres dövründə sosial mediada, xüsusən də “Twitter”da saxta adlarla yaradılan hesablarda nazir, partiya rəhbəri və bəzi deputatlar hədəf seçilib. Aralarında AKP sədrinin köməkçiləri Hayati Yazıcı və Mustafa Ataş, millət vəkilləri Adnan Boynukara və Nurettin Yaşarın da olduğu 30 AKP üzvü bu hesabları məhkəməyə verməyi qərara alıb.
Qeyd edək ki, AKP özünün yalnış addımlarını tənqid edənlərə qarşı dözümsüzlük nümayiş etdirərək belə bir addımı atmağa başlayıb. Ölkədəki bütün TV kanalları və qəzetləri, informasiya agentliklərini öz inhisarına alan AKP rejimi sosial şəbəkələri də ələ keçirmək, ya da onları qorxu-təhdid altında saxlamaq siyasətini rəsmiləşdirməyə çalışır. Bu dövlətin qurucusu olan böyük öndər Qazi Mustafa Kamal Atatürkə qarşı hər gün çamurlar atan, təhqir edən, aşığılayanların kimlikləri tamamilə bəlli olduğu bir halda AKP rejimi bütün bunların qarşısında susqunluq nümayiş etdirir. Ölkə Ana Yasasının qanunlarına görə prezident seçilən şəxsin hər hansı bir siyasi partiyanın üzvü olması dərhal dondurulmalıdır. Ancaq, AKP iqtidarı və başda prezident R. T. Ərdoğan isə bu qanunlara tüpürüblər. Bu AKP iqtidarını sərt şəkildə tənqid edənlərə qarşı hətta ayrıca cinayət işinin açılması kimi proseslər də müşahidə olunur. Türkiyədə dövlət dilinə və bu dövlətin təməlində duran Türk milli kimliyinə qarşı həqarətlər yağmurlarını sərgiləyən, prezident R. T. Ərdoğanın müşaviri statusunda çalışanların bu qədər cinayət əməllərinə isə AKP rejimi susqunluqla qarşılayır. Son Ana Yasa qanunlarına dəyişikliklə bağlı keçirilən referandum sonucunda üç milyona yaxın büllütenləri saxtalaşdıran Mərkəzi Seçki Qərargahının sədrivə və ona dəstək verən digər hakimlərə qarşı hər hansı bir ciddi tədbirlər görməyən AKP iqtidarını buna görə tənqid edənlər isə hədəfə alınırlar. Məscidlərdə və imam xətib dini məktəblərində azyaşlı uşaqları cinsi istismara məruz qoyan dindar mollaları bu cinayət əməllərinə görə isə kimsə onlara cinayət işi açmaq istəmir. AKP iqtiadarı isə bütün bunları görməzlikdən gəlir. Bir sözlə Türkiyədə AKP rejimi addım-addım irticaçı mövqe sərgiləməkdədir. Demokratik yolla hakimiyyətə gələn dinçi-xurafatçı AKP iqtidarı ötən 15 ildə Türkiyədə özünə məxsus rejim qurub və bunu bütün mümkün vasitələrlə əldində saxlamağa çalışır. Son Son Ana Yasa qanunlarına dəyişikliklə bağlı keçirilən referandum sonucunda o da bəölli oldu ki, ölkə əhalisnin ən azından yarıdan çoxu artıq AKP iqtidarını sevmir və ona səs vermək belə istəmir. 2019-cu ildə gözlənilən yeni seçkilərə indidən hazırlıqlar görmək üçün, həqiqəti danışanların səsini boğmaq üçün indidən “qorxu-təhdid” siyasətini AKP rejimi rəsmiləşdirməyə çalışır. Gözəlim Türkiyədə indi görünən tək siyasət budur.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”
09:32
Digər xəbərlər