İstanbulun mərkəzi rayonlu Beşiktaşda yerləşən Vodafone Arena sadionunun çıxışı yaxınlığında baş verən iki güclü partlayış nəticəsində 29 nəfər ölüb. Ölənlərin 27-polis əməkdaşı, 2-si isə dinc vətəndaş olub.
Bunu Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, 7-si ağır vəziyyətdə olmaqla 166 nəfər yaralanıb.
İstanbulda baş verən terror aktı partlayıcı dolu iki avtomobillə törədilib.
Bu barədə hüquq-mühafizə orqanlarının əməkdaşları açıqlama verib. Şahidlərin sözlərinə görə, partlayışlardan sonra ərazidə atışma səsləri eşidilib.
Türkiyədə ötən gecə İstanbulun Beşiktaş rayonunda baş vermiş iki terror hadisəsinin qurbanlarının xatirəsinə birgünlük matəm elan olunub.
Türkiyədə matəm elan olundu

XUDAFERIN.eu
14:04
Digər xəbərlər