Türkiyədə işləyən anaların uşaqlarının bağça ödənişlərini dövlət verəcək

Türkiyədə işləyən qadınların övladlarının bağça ödənişlərini dövlət təmin edəcək.

Xudaferin.eu Türkiyə mətbuatına istinadən xəbər verir ki, bağça üçün dəstək məbləği 304 lirədən 1015 lirəyə qaldırılıb.

Ailədə neçə uşaq olmasından asılı olmayaraq, dövlət hər uşağa görə bu ödəməni təmin edəcək. Dəstəkdən yararlanmaq üçün qadınların Ailə və Sosial Siyasət Nazirliyinin yerli şöbələrinə müraciət etmələri kifayətdir.

Dövlət bu qərarla övladına baxmaq üçün işləməyən analara dəstək göstərmiş olacaq.

Qeyd edək ki, bu qanun əvvəllər olsa da, icrasından bir çox analar xəbərsiz olub. 

Xudaferin.eu

13:23