Türkiyədə İŞİD-in başçılarından biri saxlanılıb

Türkiyə xüsusi xidmət əməkdaşları tərəfindən “İslam Dövləti” terror qruplaşmasının başçılarından biri saxlanılıb.  

Xudaferin.eu xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.  

Avropalılar arasında yaraqlıları İŞİD-in sıralarına cəlb edən suriyalı Sarfan Qahvat Türkiyənin Adana əyalətinin Sarıçan rayonunda saxlanılıb. Polislər Qahvatı arvadı ilə Tarsus şəhərindən İstanbula getdiyi avtobusda saxlayıblar. Onlar oradan Avropaya keçmək istədiyi ehtimal edilir. 

Terrorçu polis tərəfindən dindirilib, daha sonra məhkəmə onun həbsinə dair hökm çıxarıb. Qahvatın arvadı Türkiyədən deportasiya edilib. 

Saxlanılan zaman polislər onun rəqəmsal daşıyıcıları müsadirə ediblər. Bu daşıyıcılarda olan şəkillərdə terrorçu əlində pul və silah tutub. Şəkillər müxtəlif vaxtlarda və fərqli məkanlarda çəkilib. Şəkillərin birində Qahvat əlindəki bıçağı bir nəfərin boğazına dirəyib. 

Bundan başqa, fotoda saxlanılan şəxsin barmağında İŞİD rəhbərlərinin möhür əvəzi istifadə etdikləri üzük görünür.

Xudaferin.eu

20:34