Türkiyədə 5,3 maqnitudalı zəlzələ olub

Bu gün saat 17.48 radələrində Türkiyədə 5,3 maqnitudalı zəlzələ olub.

Xudaferin.eu xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. Məlumatda Türkiyə Təbii Fəlakət və Fövqəladə Vəziyyət İdarəetməsi Nazirliyi tərəfindən zəlzələnin ocağının Çanaqqala rayonunun Ayvacıq qəsəbəsində, 20.81 km dərinlikdə olduğu açıqlanıb.

Zəlzələ Çanaqqala ilə bərabər Bursa, İzmir, İstanbul rayonlarında da hiss edilib.

Qeyd edək ki, bundan öncə bu gün saat 16.14 radələrində Çanaqqalada 4 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin ocağı 15.29 km dərinlikdə yerləşib.

Xudaferin.eu

19:08