Türkiyədə 1911-ci ilə aid məscid yanıb

Türkiyənin Giresun bölgəsinin Boztekke kəndində 1911-ci ilə məxsus tarixi məsciddə yanğın olub. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb. 

Məsciddə son vaxtlar restavrasiya işləri aparılırmış. Yanğın gecə saatlarında başlayıb, yerli sakinlər onu söndürməyə çalışsalar da, alov bütün məscidi bürüyüb və bina tamamilə məhv olub.

Xudaferin.eu

14:34