Türkiyə toxuculuq fabrikində partlayış

Türkiyənin şimali-qərbində Tekirdağ əyalətində toxuculuq fabrikində partlayış baş verib, 29 nəfər xəstəxanaya yerləşdirilib.   

Xudaferin.eu xəbər verir ki, bu barədə çərşənbə günü NTV telekanalı məlumat yayıb. Hadisənin səbəbləri məlum deyil. 

İlkin məlumata görə, partlayış nəticəsində zəhərli maddənin sızması baş verib, zərərçəkənlər bu maddədən zəhərlənib.

Xudaferin.eu  

12:47