Türkiyədəki olaylarla, özəlliklə ən yaxınımızda gerçəkləşən Kayseri terror və regionda baş verən qarışıq proseslərlə bağlı bir yazı qələmə almaq, bu hadisələr arasında parallellik aparmaq düşüncəsindəykən yeni bir terror xəbəri də Ankaradan gəldi. Rusiyanın səfiri Karlov öldürüldü. Bu terror da bizim əvvəldən bu hadisələr arasında sıx bir bir bağlılığın olduğu qənaətimizi gücləndirdi. Yadınıza Avstriya şahzadəsi Frans Ferdinantın öldürülməsini salın. Birinci Dünya Müharibəsinin başlanması üçün bəhanə lazım idi. İndi Karlov öldürülür. Rusiya ilə Türkiyə arasında münasibətlər gərilir...
Bu terror bitməz. Yaxın Doğuda, Suriyada, İraqda, Türkiyə sərhədlərinin o tayında məsələlər durulmazsa, bu terror bitməz. Çünki hədəf Türkiyədir. Türkiyəni Suriyaya döndərməkdir. Türkiyəni iç savaşa sürükləməkdir əsas məqsəd. Bulanıq suda isə balıq tutmaq asandır. Əcəba Türkiyədən nə istəyirlər ki, onu ala bilmirlər. ABŞ və onun kimi düşünən digər dövlətlərin fikri açıqdır. İndi harman-çarman etdikləri Suriya və İraq dizayn edilərkən burada yeni dövlətciklərin təməlləri atılır. İraq üçə bölünəcək. Suriya neçəyə bölünəcək Allah bilir. Orta Şərq yenidən dizayn edilməkdədir. Burada baş verənlər, bir konfransda söylədiyim kimi, Birinci Dünya Müharibəsinin davamıdır. Müharibə hələ bitməyib. Bu bölgədə maraqlar bir-birindən kəskin şəkildə fərqli nöqtələrə gedib çıxmaqdadır. Amma bölgədə bu imperialist güclərin qarşısına çıxacaq bir dövlət qalmamalıdır. Türkiyənin müqaviməti qırılmalıdır. Türkiyə sərhədləri boyunca onun təhlükəsizliyini hər zaman təhdid edəcək bir Kürd dövləti qurulmasını planlayan Amerika bu terror hücumları ilə onun dirəniş instinktini öldürmək istəyir. Mən sanmıram ki, Kayseri terrorunu dağ-daş çapulçuları olan PKK-çılar edib. Bu hadisə əvvəlcədən, çox ciddi kəşfiyyatla, istihbaratla planlaşdırılmış əməliyyatdır. PKK kimi quldur bir örgüt bunu edə bilməz. Bu bir güclü dövlətin başqa bir dövlətə qarşı edilmiş cinayət əməlidir. Digər terror olaylarının arxasından bir az dərinə gedilsə, bu dövlətlər çıxacaq. Amma dərinə gedilmir, bu münasibətlərin daha da gərginləşməsinə səbəb olar deyə açılmır. Terroru dərhal PKK, DAEŞ, PYD və ya heç kimi ağlına gəlməyən digər bir terror örgütü öz üzərinə götürür...
Bu terrorlara, təxribatlara, murdar əməllərə cavab olaraq Türkiyə nə etməlidir? Məncə, iş ordunun üstünə düşür. Çanakkale ruhu ilə Türkiyə təcili Birinci Dünya Savaşından sonra onun əllindən çıxan Mosul, Kərkükü, Hələb və civarını fəth edib orada qalıcı tədbirlər görməlidir. O zaman bu terror duracaq , o zaman bu terrora son veriləcək! Terror o zaman bitəcək!
Qafar Çaxmaqlı professor,
Türkiyənin Erciyes Universiteti Ermənişünaslıq bölümünün rəhbəri
Türkiyə terroru durdurmaq üçün Kərkükə girməlidir

15:55
Digər xəbərlər