Türkiyə sərhədində 25 min uniformalı terrorçu - BÖYÜK MÜHARİBƏ...

Beynəlxalq terrorizmlə mübarizə üzrə ekspert Erol Başaran Bural ABŞ-ın PKK terror təşkilatının Suriya qolu YPG-ni təchizatlı orduya çevirmək istədiyini açıqlayıb.

Xudaferin.eu xəbər verir ki, ABŞ-ın 2018-ci ildə terror təşkilatına 500 milyon dollarlıq silah-sursat verəcəyi ortaya çıxdıqdan sonra Pentaqonun Suriyaya ayırdığı büdcənin detalları mübahisəyə səbəb olub. Beynəlxalq Terrorizmlə Mübarizə üzrə ekspert, 21-ci əsr Türkiyə Milli Təhlükəsizlik və Xarici siyasət araşdırmalar Mərkəzi rəhbəri Erol Başaran Bural 2017 illə nisbətən 8 qat artan yardımının ən önəmli nüanslarından birinin 100 milyon dollarlıq uniforma və təchizat olduğunu bildirib.

Ekspertin sözlərinə görə, əsasını YPG terrorçularının təşkil etdiyi Suriya Demokratik Güclərinə (SDG) edilən yardımın əsas məqsədinin Türkiyənin bölgədəki rolunu zəiflətmək olduğunu deyib. Bunun üçün 25 min uniformalı terrorçu sayəsində “ordu” görüntüsü yaratmağa çalışırlar.

Rəsmi olaraq açıqlanan rəqəmləri dəyərləndirən ekspert bildirib ki, bu, Türkiyə üçün böyük təhlükəsizlik problemini ortaya çıxara bilər.

Ekspert terrorçu təşkilatına göstərilən silah yardımının rəqəmlərini də açıqlayıb:

“ABŞ terror təşkilatına 2018-ci ildə 12 min AK47 kalaşnikov avtomatı, 1000 AT-4 ya da SPG-9, anti-tank raketi, 5 min 500 əl bombası və müxtəlif kollibirli 235 toplar verəcək. Daxili İşlər Nazirliyinin məlumatına görə, 2017-ci ildə 3 min 135 silah, 21 ədəd AT-4 tank əleyhinə raket, 3 min 302 əl bombası ələ keçirilib. Bu rəqəmlər təşkilata edilən silah yardımının nə qədər böyük olduğunu anlamaq üçün kifayətdir”.

Xudaferin.eu

23:13