Türkiyə Prezidenti: Biz Ermənistanla olan yaxınlaşmanı Azərbaycanla birlikdə inkişaf etdiririk

Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı apardıq və təbii ki, normallaşma prosesini də müzakirə etdik. Əvvəldən bizim kəskin mövqeyimiz Azərbaycanla bağlı olub. İndi ritorikadan kənar konkret addımlar gözləyirik.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bunu “TRT Haber” telekanalının canlı yayımında qonağı olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşdırılması prosesinə dair sualları cavablandırarkən deyib.

Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Biz tam normallaşmanı hədəfləyirik. Hazırda Türkiyədə 100 mindən çox erməni yaşayır. Biz Azərbaycanla birlikdə Ermənistanla olan yaxınlaşmanı inkişaf etdiririk”.

Sabir Şahtaxtı

Xudaferin.eu

16:05