Türkiyə parlamentində qarşıdurma

Türkiyə parlamenti prezidentin səlahiyyətlərini artıran yeni Ana Yasa ilə bağlı sənədin təsdiqinə yaxınlaşıb. Rəcəb Tayyib Ərdoğanın tərəfdarları sənədin ölkəyə sabitlik gətirəcəyini deyir, onun opponentləri isə bunu avtoritar rejimə addım kimi qiymətləndirir. Parlament 18 maddəli sənədin ilk 7-ni ikinci səsvermədə təsdiq edib. Yeni sistem altında Ərdoğan 2029-cu ilədək NATO üzvü və Avropa İttifaqına namizəd olan ölkədə rəhbərlik edəcək.

İslahatlarla bağlı debatlar zamanı müstəqil qanunverici Aylin Nazlıaka əllərini podiuma zəncirləyərək, prezidentin səlahiyyətlərinin gücləndirilməsinə etirazını bildirib. Hakim AKP partiyasından qanunverici etiraza güc tətbiq etməklə mane olub. Parlamentdə qarşıdurma yaşanıb. Ədalət və İnkişaf Partiyasını dəstəkləyən millətçi MHP partiyası zəif koalisiya hökumətinin yaradılmasına mane olmaq üçün güclü idarəçiliyə ehtiyac olduğunu bildirir.
Qeyd edək ki, 2003-cü ildən indiyə kimi təkhakimiyyətlilik siyasəti yürüdən AKP artıq bir avtoritar rejim yaratmaq üçün daha geniş anlamda kolaisiya yaratmağa başlayıb. Bu yöndə təəssüflər olsun ki, adını MHP (Milliyyətçi Hərəkat Partiyası) qoymuş, dolayı yolla AKP-nin yürütdüyü “əşirətçi”, “hümmətçi”, “bölgəçi”, “boyunduruqçu” siyasətin tabanına dəstək olmaqla, dünyəvi dövlət anlayışının diz çökdürülməsinə səs vermək taktikası ilə hərəkət edir. Bundan əlavə, Türkiyədə etnik bölücülük siyasətini ağırlayan HDP tipli bir çete də AKP-nin himayəsində olmaqla ölkəni daha ağır proseslərə sürükləməkdədir. Tək hakimiyyətlilik siyasətini tədricən diktaturaya, təkəl siyasətinin məcrasına yönəldən AKP və onun lideri Rəcəb Təyyib Ərdoğan faktiki olaraq bu gün ölkədə bütün alternativ KİV-ləri, vətəndaş cəmiyyəti institutlarını iflic duruma salıb. İnsanları şər və böhtanlar taktikası susdurmaqla idarə olunan yeni düzən Türkiyəni tədricən Orta Çağ idarəetmə siyasətinə yuvarlatdığı da göz önündədir. Bütün qanunsuz əməllərə hüquqi və qanuni don geyindirilməsi üçün ölkə parlamentini ələbaxımlı bir siyasətin içində məhv etməklə nail olunur.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu

21:35