Türkiyə kosmosa uçuş üçün astronavt hazırlayır

Türkiyə milli kosmik sahəni inkişaf etdirməyə hazırdır.

Xudaferin.eu xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı prezident sarayında gənclər təşkilatlarının fəalları qarşısında çıxışı zamanı deyib. 

“Türkiyədə kosmik araşdırmalar, xüsusən də kosmosa sputnik buraxılması üzrə təhqiqatlar aparılır. Gələcəkdə biz kosmosa astronavt da göndərə biləcəyik”, - Ərdoğan bildirib.

Xudaferin.eu

12:17