Türkiyə ermənilərinin döyüş bəyanatı İrəvanı ŞOKA SALDI: "Erməniləri..."

Türkiyə Ermənilərinin Partikliyinin Türkiyə ordusu və Azad Suriya Ordusu (ASO) tərəfindən Afrində keçirdiyi "Zeytun budağı" əməliyyatına dəstək verən bəyanatla çıxış etməsi ermənilərdə şok efekti yaradıb.

Publika.az xəbər verir ki, bəyanatı şərh edən “Aqos” qəzetinin redaktoru Baqrat Estukyan bu davranışın erməniləri şok etdiyini və Erməni Patrikliyinin Türkiyə dövlətini məmnun etməyə çalışdığını deyib.

“Erməni Patrikliyi Yunan Patrikliyi kimi bu mövzuda heç bir açıqlama verməməli idi. Ancaq onlar çoxlu sayda erməninin yaşadığı bölgəyə təşkil edilən bir əməliyyata uğurlar dilədilər", - Estukyan bildirib.

Onun sözlərinə görə, bu bəyanat Rəcəb Tayyib Ərdoğanın təqdirini qazanmaq məqsədini daşıyır. Redaktor belə davranışların erməniləri alçaltdığını və onların statusuna zərər verdiyini qeyd edib.

Erməni əsilli türkoloq Tiran Lokmaqezyan isə bəyanatın "yuxarıdan"n gələn təzyiqlə verildiyini iddia edib.

Xatırladaq ki, Erməni Patrikliyi yanvarın 22-də verdiyi bəyanatında Türkiyə Silahlı qüvvələrinə Afrində terrorçulara qarşı mübarizədə və bölgədə sülhün təmin edilməsi işində uğurlar arzulayıb.

Zümrüd
publika.az

12:20