Türk əsgəri daha bir il beynəlxalq sularda

 

Türk əsgəri daha bir il beynəlxalq sularda quldurlarla mübarizə aparacaq.

Türkiyə Silahlı Qüvvələri (TSQ) dəniz ünsürlərinin Ədən körfəzi, Somaliyə aid dəniz suları və sahilləri, Ərəb dənizi və mübahisəli bölgələrdə vəzifə müddətinin 2017-ci il fevralın 10-dan tutmuş daha bir il uzadılmasına dair Baş Nazirliyin sənədi Türkiyə Böyük Millət Məclisində qəbul edilib. Məclisdə keçirilən görüşlərdə çıxış edən Milli təhsil naziri İsmət Yılmaz bölgənin dünya və Türkiyə dəniz ticarəti baxımından xeyli önəmli olduğunu vurğulayıb. Nazir bildirib ki, Birləşmiş Vəzifə Qüvvəsi dəniz quldurları ilə mübarizə etməklə yanaşı terror təşkilatlarına maliyyə dəstəyi təmin edən xammalların dəniz yolu ilə daşınmasının qarşısının alınması sahəsində terrorla mübarizə aparması ehtimalı da var. Türk əsgərlərinin Ədən körfəzindəki vəzifələri ilə bağlı sənədin müddəti daha əvvəl 6 dəfə uzadılmışdı.

 

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

 

10:03