Türk ordusu Afrinin mərkəzində: daha 3 kənd...

Türk ordusu Afrinin mərkəzi hissəsinin sərhədlərinə çatıb.

Bu barədə NTV informasiya yayıb.

 

Afrin mərkəzi bölgəsinin tabeliyində olan Şavariqat Əl-Caviz və Melkiyə kəndləri terrorçulardan təmizlənib.

***

Türkiyə Silahlı Qüvvələrinin əməliyyatı nəticəsində Arfin yaxınlığındakı Böyük Halobu kəndi terrorçulardan azad edilib. Kəndin azad edilməsi ilə Afrinlə Azezi içməli su ilə təmin edən bənd ordu qüvvələrinin nəzarətinə keçib.

***

Türkiyə Silahlı Qüvvələri və ASO Afrinin Kafərməz kəndini terrorçulardan azad edib.

Kənd əhalisi ordu qüvvələrini sevinclə qarşılayıb.

Qeyd edək ki, Türkiyənin Afrinin 60 faizini terrorçulardan təmizlədiyi bildirilmişdi.

***

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu daha 2 kəndi YPG-çilərdən təmizləyib.

Belə ki, Anab və Meryemeyn kəndləri müttəfiq ordularının nəzarətinə keçib.

***

Cinderesin şərqində Zelka, Afrinin qərbində isə Kafr Rum və Horan kəndləri terrorçulardan azad edilib.

13:50