Türk Dövlətləri milli kitabxana direktorlarının dördüncü konfransı keçirilib

Türkiyə Milli Kitabxanasında Türk Dövlətləri kitabxana direktorlarının dördüncü konfransı təşkil olunub. Azərbaycan Milli Kitabxanasından bildirilib ki, tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı çıxış edərək konfransın əhəmiyyətindən söz açaraq fəaliyyətinə uğurlar arzulayıblar. Konfrans çərçivəsində Nabi Avcı TÜRKSOY-un medalı ilə təltif olunub.

Tədbirdə, həmçinin Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək iştirakçılara təşkilatın gələcək inkişafından, tətbiq olunan innovativ yeniliklərdən, onlayn xidmətlərdən və innovasiyaların tətbiqi təcrübəsindən danışıblar.
Qeyd edək ki, konfransda Başkortstan, Qaqauz Eli, Qazaxıstan, Qırğızıstan, Quzey Kıprıs, Moldova, Özbəkistan və Tatarıstan milli kitabxanaları təmsil olunublar.

Xudaferin.eu

16:36