Türk dilində eyitimin ölkə Məclisinin gündəmində

 

Güney Azərbaycanın Urmu və Tehrandan olan millət vəkilləri Nadir Qazipur və Əlirza Məhcubun “Türk dilinin məktəblər və bütün universitetlərdə tədrisinə” dair irəli sürdükləri qanun bu yaxınlarda İran məclisinin gündəmində olub.

 

İran Parlamentinin mövzu ilə bağlı Elm və Təhqiqat Nazirliyinin ali təhsil üzrə planlaşdırma departamentinə ünvanladığı məktubun təsviri iyulun 26-da Urmuda fəaliyyət göstərən “Yol Press” internet portalında nəşr edilib. Məktubda mollakratiya rejiminin muhafizəkara bağlı olan deputatı Nadir Qazipur və sözdə islahatçarı təmsil edən Əlirza Məhcubun gündəmə gətirdikləri mövzüya diqqət çəkilərək, nazirlikdən bu xüsusda lazımi tədqiqatın aparılması və atılan addımlar ilə bağlı məclisə məlumat verilməsi tələb edilib.

Qeyd edək ki, son vaxtlar Türk dilinin məktəb və universitetlərdə tədrisinə dair tələblər Güney Azərbaycan şəhərlərinin deputatlarından əlavə digər bölgələrdən olan Türk millət vəkilləri tərəfindən də gündəmə gətirilməkdədir. Güney Azərbaycan Milli Hərəkatının fəalları  mühafizəkar və islahatçı qanadları təmsil edən deputatların bu yöndə birlikdə hərəkət etdiklərini müsbət qarşılabırlar. Onu da bildirək ki, Nadir Qazipur və Əlirza Məhcub Güney Azərbaycanın Ermənistan və Türkiyə sınır bölgələrində son illərdə vüsət götürən, eyni zamanda bölgənin yaxın gələcəyi üçün böyük təhlükə mənbəyinə eçvrilən qaçaqmalçılıqla ilgili mübarizəyə dair hökümətə sual veriblər. O da bəllidir ki, Türkiyə və Ermənistanla sınır bölgələrində kürdlərə məxsus xüsusi quldur dəstələri qaçaqmalçılıq yolu sayəsində silah və narkotik maddələrin daşınması üzrə böyük təhlükəyə çevrilməkdədirlər.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

 

09:17