“Türk axını” qaz kəmərinin Rusiya hissəsinin çəkilişi tamamlanıb

 

“Türk axını” qaz kəmərinin Rusiya hissəsinin tikintisi başa çatıb.

Noyabrın 4-də kəmərin Türkiyə ərazisində tikinti işlərinə başlanılıb. Bu hadisə münasibəti ilə sərhədlərin keçilməsinin rəmzi olaraq, Qara dənizin dibində iki ölkənin bayrağı olan boru qoyulacaq. Sualtı sahəsinin uzunluğu 930 kilometr olan kəmərin dörddəbir hissəsi artıq hazırdır. Tikintinin orta sürəti sutkada 4 kilometr təşkil edir. Qaz kəmərinin dəniz sahəsinin ən dərin yeri (2000 metrdən çox) məhz Rusiya-Türkiyə sərhədindən keçir. Kəmərin hər iki xətti Türkiyə tərəfində quruya İstanbulun təxminən 100 kilometrliyində çıxacaq. İlk qazın çatdırılması isə 2019-cu ilin sonlarına planlaşdırılır.

 

Xudaferin.eu

RF. "Moskva Bürosu"

 

10:11