Turistlərə 3 saat ərzində elektron viza veriləcək - Azərbaycan

Azərbaycana gələn turistlər 3 saat ərzində elektron viza ala biləcəklər.

Xudaferin.eu xəbər verir ki, bununla bağlı “Turizm haqqında” qanuna dəyişiklik edilir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirilib ki, təklif edilən layihəyə görə, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat müddətinə müraciətə baxılacaq.

Qeyd edək ki, hazırda ölkəyə gəlmək istəyən turistlər üçün elektron qaydada viza müraciətinə ən tez 3 iş günü müddətinə baxılır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xudaferin.eu

18:35