Tərbizin yeni bələdiyyə başqanı İrəc Şahin Baherin üç yönlü vəd verdi

 

Güney Azərbaycanın başkəndi rbizin yeni bələdiyyə başqanı İrəc Şahin Baherin təqdimetmə mərasimi keçirilib. Mərasimdə çıxış edən İ.Şəhin Baher qarşıdakı planları ilə ilə bağlı geniş məlumat verib. “Tərbiz 2018” layihəsi işə düşənədək Azərbaycan Meydanı, "Şairlər məqbərəsi” və Uluslararası Konfranslar Mərkəzi projelərində işləri yekunlaşdırmağa çalışacayıq”- deyə o vəd verib.

Azərbaycan Meydanı projesi Tərbizin şimal-qərb məntəqəsində həyata keçirilir. Bu meydanın 125 hektar sahəsi var və Tehranın Azadi Meydanından 1.5 dəfə böyükdür.

Şəhriyar, Xaqani Şirvani, Qətran Təbrizi, Əsədi Tusi və Mücrəddin Beyləqani kimi təxminən 400 böyük şair və ədəbiyyatçının dəfn olunduğu "Şairlər məqbərəsi" projesi isə 40 ildir ki, tamamlanmır. Tərbizdə uzun müddətdir at oynadan mollakratiya rejiminin dolayı yolla əlaltısına çevrilmiş şəhər Bələdiyyəsi uzun müddətdir bu projeyə vəsait ayırmaqdan imtina edir.

Tərbizin Xavəran şəhərciyində yerləşən Uluslararası Konfranslar Mərkəzi binasının təməlqoyma mərasimi 2016-cı ildə keçirilib, lakin bu günədək istifadəyə verilməyib. Bu layihə Güney Azərbaycanın ən önəmli mədəniyyət infrastrukturu kimi qəbul olunur.

İ.Şəhin Baher ötən ay Şəhər Şurasının 13 üzvündən 7-nin səsini qazanaraq Təbrizin 56-cı bələdiyyə başqanı seçilib.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Turizm Nazirlərinin Nigeriyanın başkəndi Niamey şəhərində keçirilən İslam Konfransının 9-cu sessiyasında Tərbiz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib. Bu şəhərin 2018-ci ildə bütün dünya ölkələri, özəlliklə də islam dünyasından çox sayda turist qəbul edəcəyi gözlənilir. Lakin rejimin büdcə vəsaiti ayırmadığından Tərbizin 2018-ci il üçün heç bir hazırlığı yoxdur. Bu barədə yerli rəhbərlik mollakratiya rejiminin ən üstün məqamlarına dəfələrlə öz etirazlarını bildiriblər.

 

Xudaferin.eu

Güney Azərbaycan, "Tərbiz Bürosu"

 

09:41