Tərbizin “Traxtur” takımından yeni etiraz: “Düzgün hakimlər seçilsin…”
Güney Azərbaycanın ba.kəndi Tərbizin “Traxtur” takımının icraraçı direktoru Mustafa Acorlu İran Futbol Liqasının sədri Heydər Bəharvəndə etiraz məktubu göndərərək “Perspolis”, “İstiqlal”, “Siyah Cameqan” və “Sepahan” komandaları ilə görüşdə hakimlərin yanlış qərarlarına etiraz bildirib.
“Bundan öncə “Traxtur”un oyunlarında hakimlərin səhvləri barədə çoxlu yazışmalarımız olub. Biz dəfələrlə həm Futbol Liqasından, həm də Hakimlər Komitəsindən hakimlərin seçimində diqqətli olmalarını istəmişik. Buna baxmayaraq yenə də hakimlərin silsilə yalnışlarına şahid oluruq. Mən “Perspolis”, “İstiqlal” və “Siyah Cameqan”la oyunlarda hakimlərin “Traxtur” takımı və onun tərəfdarlarına qarşı etdiyi zülmü nəzərə alaraq dəfələrlər cənabınızdan xahiş etmişəm ki, hakim məsələsində daha diqqətli olmaları üçün göstəriş verəsiniz. Lakin “Sepahan” takımı ilə də eyni hakim faciəsini yaşadıq. Bu göstərdi ki, kimsə bu şəraiti dəyişdirmək fikrində deyil. “Sepahan”la görüş elə proqnoz verdiyimiz kimi də oldu, yenə də klubumuza qarşı ayrı-seçkilik edildi. Hakim oyunun birinci hissəsində “Traxtur”un lehinə verilməli olan bir penaltini gözardı etdi. İkinci hissədə isə “Sepahan”ın xeyirinə olaraq yalnış bir penalti qərarı verildi, həmçinin hakimin səhvi nəticəsində “Traxtur”un bir oyunçusu oyundan ixrac edildi. Bununla da super liqa yarışları çərçivəsində keçirilən 12 görüşdən 4-də hakimlərin səhvi nəticəsində bir çox xal itirdik. Bu vəziyyət klub və onun tərəfdarlarına qarşı böyük zülmdür”- deyə məktubun bir hissəsində qeyd olunub.
M.Acorlu həmçinin vurğulayıb ki, “artıq “Traxtur”un haqqı tapdalandığı dördüncü oyun da sona çatıb. Təbii ki, nəticələri dəyişmək də mümkün deyil. Amma bu gedişatın gələcəkdə təkrar olunmayacağına dair bir qaranti varmı? Mən milyonlarla “Traxtur” tərəfdarının nümayəndəsi kimi sizdən tələb edirəm ki, komandamıza qarşı hakimlər tərəfindən edilən zülm və ayrı-seçkiliyə cavabdeh olun, sözügedən hakimlərə qarşı tədbir görərək son vəziyyəti bizə elan edin.”
Qeyd edək ki, İran rejimi hakimlər, Futbol Federasiyasının İnzibati Komitəsi və stadionlarda “Traxtur” tərəfdarlarına qarşı təhlükəsizlik qüvvələrindən istifadə edərək türklərin sevimli komandasına təzyiq göstərir. “Traxtur” trakımı bu vəziyyətə dəfələrlə etiraz edib.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”
10:32
Digər xəbərlər