Tərbizdəki yerli hakimiyəti mollakratiya rejiminin ögey münaisbətindən gileyləndi

 

Əli Tumari: “Təbrizin köhnəlmiş infrastrukturu bizi çox narahat edir”

İran mollakratiya rejimi ölkənin illik milardlarla dollalıq gəlirlərini dünyaya qondarma “İslam İnqilabı”nın ixracı siyasətini düz 39 ildir davam etdirməkdədir. Bütün bunlara baxmayaraq, ölkənin həyat tərzi orta yüzilliklərdə olduğu kimi qalmaqda davam edir. Mollakratiya rejiminin mərkəzi olan Tehran şəhərindən kənarda faktiki olaraq bütün iri şəhərlər belə, ağır və üzücü dərin social problemlərin məngənəsində çabalamaqda davam edir. Elə son günlər Kirmanşah vilayətində 500-ə yaxın vətəndaşın ölümü ilə nəticələnən zəlzələdən sonra mollakratiya rejiminin fəsadları da ortaya çıxdı. İranın müxtəlif bölgələri, o cümlədən zəlzələ zonasında olan Tərbizdə binaların zəlzələyə davamlılığı ilə bağlı narahatlıqlar təkrar gündəmə gəlib.

Güney Azərbaycanın Doğu bölgəsindəki “Mülki Mühəndislər Birliyi”nin sədri Əli Tumari əsas narahatlığın son vaxtlar tikilmiş binalar deyil, şəhərin köhnəlmiş infrastrukturu ilə əlaqədar olduğunu ifadə edib.

“Son illərdə inşa edilən binaların gözlənilməz hadisələr qarşısında az xəsarət aldağını və ya xəsarət almayacağını düşünürəm. Məni Tərbizin köhnəlmiş infrastrukturu nigaran edir,” deyə cənab Tumari həyəcan təbili çalıb.

Əli Tumarinin açıqlamasına baxmayaraq, mollakratiya rejimi Güney Azərbaycanı və ölkənin digər bölgələrində yeni tikintilərin təhlükəsizliyinə dair ciddi narahatlıqlar gündəmə gətirilibdir. Bu narahatlıqları ortaya çıxaran əsas səbəb son illər tikilmiş “Mehr” adlı ictimai mənzil fondu evlərinin Kirmanşah zəlzələsində çökməsidir.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

09:49