Tərbizdə işçilər sosial haqları adına etiraz aksiyası keçirib
Güney Azərbaycanın başkəndi Tərbizdə Azərbaycan Sənaye İnkişafı Fabrikinin işçiləri 18 aydır əmək haqlarını ala bilmədikləri üçün etiraz aksiyası keçiriblər.
Aksiyaya qatılan işçilər öz sığorta haqlarının ödənilməsinə görə süni şəkildə yaranmış problemlərini qabardıblar. Etiraz aksiyasında bildirilib ki, “Təmin-i İctimai İdarəsi” son aylarda işçilərin tibbi siğortalarının müddətini uzatmaqdan imtina edib. Özəlliklə də “Kaneks, kombayn və onların hissələrini istehsal edən fabrikin 6 il öncə təxminən 500 işçisi olub. Hazırda bu fabrikdə işçilərin sayı 44 nəfərə enib.
Qeyd edək ki, İran mollakratiya rejimi Güney Azərbaycanın bir sıra fabriklərinin, digər istehsal mərkəzlərinin süni şəkildə çökdürülməsi siyasətini davamlı şəkildə həyata keçirmək taktikası ilə hərəkət edir. Tehran rejiminin gizli qəddar siyasətinin bir ucu da Güney Azərbaycanda kütləvi şəkildə işsizlik sindromunun yaradılması ideyasıdır. Belə bir durumun yaranmasının başqa bir səbəbi isə, Güney Azərbaycanda kütləvi şəkildə işsizlik və yoxsulluq düzənini formalaşdırmaqla, milyonlarla insanları aclıq səfalətinə sürükləməkdir. Güney Azərbaycan Milli Hərəkarının daxildən parçalamaq taktikasının tərkib hissəsi olan bu siyasətlə mollakratiya rejimi vaxt qazanmaqla öz ömürünü də uzatmış olur.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”
09:29
Digər xəbərlər