Tərbiz zindanında bir həftədir aclıq aksiyası davam edir

Güney Azərbaycan Milli Hərəkatının fəalı Həbib Sasanian 13 ay öncə qondarma İran mollakratiya rejiminin saxtakarcasına irəli sürdüyü “cəsusluq ittihamı ilə Ərdəbildəki cəzaevlərindən birində tutuqlu saxlanılmaqdadır. Mollakrat rejiminin xüsusi cəza dəstəsi kimi tanınan Ettelat qüvvələri tərəfindən tutuqlanan milli fəal Həbib Sasanianın bu günədək asılı vəziyyətdə,zindanında saxlanılmasına etiraz olaraq yenidən aclıq eyləmini  başladıb.

Bu il iyun ayının 12-dən bu yana  Həbib Sasanian qanunsuz yerə və saxta ittihamlara görə etiraz əlaməti kimi aclıq aksiyasını davam etdirir. Həbib Sasanian Təbrizin mərkəzi zindanından öz ailəsi ilə telefon əlaqəsi saxlayaraq aclıq aksiyasına başladığını bildirib.

2017ci ilin İyunun 16-da isə Həbib Sasanianın qanunsuz yerə tutuqlanmasına etiraz əlaməti kimi onun azadlığa buraxılması üçün “Twitter tüfani”adlı internet kampaniyasına başladılıbdır. Güney Azərbaycan Milli Hərəkatının fəalları “Twitter Fırtınası” kod adı altında bu prosesi coşqulu bir olaya çevirmişlər. Tərbiz vaxtı ilə gecə saat 00:30-dək 400 sosial şəbəkə istifadəçisi tərəfindən Həbib Sasanianın azadlığını tələb edən 3000-dən çox twit paylaşılıb.

Onu da xatırladaq ki Həbib Sasanian bir neçə ay bundan öncə Tərbiz həbsxanasında göz ağrısı və qan təzyiqinin qalxmasından əziyyət çəkdiyi üçün bir neçə dəfə huşunu itirimişdir. Mayın 31-də Tərbiz məhkəməsinin 3-cü şöbəsində hakim Bağırpurun sədrliyi ilə milli fəallardan 5 nəfərinin məhkəmə iclası keçirilmişdir. Amma bununla yanaşı Həbib Sasanian Ettelat İdarəsinin ona qarşı irəli sürdüyü yalan ittihamlara etiraz əlaməti olaraq məhkəməyə müraciət etməkdən imtina etmişdir .Həbib Sasanian aprelin 18-də onunla ilgili hazırlanmış saxta dosyesinin bəzi sənədlərinin yoxa çıxması səbəbindən məhkəmə iclasına qatılmaqdan imtina etmişdir. Tərbizdəki mollakrat rejimnin “İnqilab Məhkəməsi” Ettelatın açıq mudaxiləsi sayəsində Həbib Sasanianın müvəqqəti olaraq azadlığa buraxılmasının qarşısı alınmış və ona bir milyard tümən dəyərində ağır mülki vəsiqə qərarı çıxarıb. Bu ağır vəsiqə mollakrat rejiminin at oynatdığı bir dönəmdə əhalinin  çoxunun maddi imkanları gücünün xaricində olan bir məsələdir.

Qeyd etmək gərəkdir ki, mollakrat rejiminin xüsusi cəza dəstəsi olan Ettelat qüvvəlləri 2016 ci il may ayının 15-də 6 nəfər Güney Azərbaycan Milli Hərəkatının fəalları adına Həbib Sasanian, Həmid Siqqəti, Mehdi Cavadzadə, Babək Avənd, İsmayıl Əfxəmi və Yunis Rəhimi birlikdə Ərdəbildə tutuqlanıblar. Həbs edilən milli fəalların haqqında keçən ilin iyun ayında mollakrat rejiminin ədliyyə qurumunun Doğu Azərbaycan vilayətindəki sorumlusu “Ayrılıqçı GAMO (Güney Azərbaycan Milli Ordusu) şəbəkəsinin 6 nəfərlik casus qrupunun” həbs edildiyinə dair məlumat yaymışdı. Milli fəallar bu yalan iftralardan sonra mühakiməsiz olaraq yerli Ettelat idarəsindən rejimin Tərbizdəki mərkəzi zindanına köçürülmüşdülər. Sasanianın 2006-cı ildən bəri mədəni fəaliyyətlər ilə məşğul olduğunu,  Türk dilində şeirlər və məqalələr yazdığını Güney Azərbaycan Milli Hərəkatının demək olar ki bütün fəalları yaxşı bilirlər.

 

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

09:17