Trampın Orta Şərq siyasəti

Donald Trampın seçki kampaniyası zamanı Orta Şərqlə əlaqəli verdiyi açıqlamalar onun bir qaydada olan xarici siyasətdən dəyişik bir siyasət izləyəcəyini göstərir. Tramp seçki kampaniyası zamanı Orta Şərqlə əlaqəli verdiyi açıqlamalar onun bir qaydada olan xarici siyasətdən dəyişik bir siyasət izləyəcəyini göstərir. Buna görə də ABŞ-ın Orta Şərq siyasətində bir sıra dəyişikliklər olacağını rahat şəkildə söyləyə əsas yaranıb.  Tramp ümumi olaraq demokrat Obamanın liberal beynəlxalq xarici siyasət anlayışına qarşı öz mövqeyini ortaya qoyub. Trampa görə ABŞ-nın beynəlxalq  aləmlə yaxşı münasibət yaratması bir başına arzu edilən şey deyil. Beynəlxalq təşkilatlar və ittifaqlardakı mövcudluğu da eləcə. Önəmli olan əlaqələrdə əldə edilən qazancdır. Əgər əlaqənin maliyyəti əldə ediləndən artıqdırsa bu şərtlərdə bir sıra şeylər adi axarında getmir. Ekipajında radikal sağçı olmasına baxmayaraq Tramp Obamadan əvvəlki Buş dövrünün siyasətləri ilə də arasına məsafə qoyub. Rejim dəyişikliyi, demokratiya ixracatı və millət inşası kimi təşəbbüslərə Tramp qəti olaraq etiraz edir. İnsan haqları ilə bağlı açıqlamalar da Trampın xarici siyasətində yer tutmur. Hətta işgəncəni müdafiə edən bir mövqe ortaqa qoymaqdan da imtina etmir. İşgəncəni nə üçün müdafiə etdiyinə nəzər saldıqda isə Trampın Orta Şərq siyasətinin önəmli ünsürlərindən biri ilə qarşılaşırıq: “terrora qarşı mübarizə”.

Nəyin bahasına olarsa olsun terrora qarşı mübarizənin vurğulanması bir neçə cəhətdən önəmlidir. Birincisi bu vurğunun İslamafobiya cəhətdən bir çıxış nöqtəsi var. Terror İslamın ictimai həyatda görünməsi ilə bərabər qəbul edilir. Sadəcə Tramp yox, onun  heyətində yer alan şəxslər də belə fikirləri ilə tanınıb. Bu çərçivədə sadəcə DEAŞ deyil, təmkinli Suriya müxalifəti və hətta Müsəlman Qardaşlar Hərəkatı da terrorçu statusunda qəbul edilir. İkincisi terror mövzusundakı səthi yanaşma, təqribən 20 ildir islahatlar mövzusunda xarici təzyiqlərə məruz qalan bölgədəki avtoritar rejimləri rahatladıb. Bu çərçivədə Trampa zəng edərək təbrik edən ilk liderin Misir prezidenti Əbdülfəttah Əl-Sisi olması xeyli mənalıdır. Görünür terrora qarşı mübarizədə əməkdaşlıq etdikləri müddətdə ölkələrində kimi əzəcəkləri Tramp rəhbərliyi üçün elə çox əhəmiyyət kəsb etmir. Üçüncü olaraq bunu deyə bilərik ki, Obama rəhbərliyinin bölgədə son beş ildə tətbiq etdiyi səhv siyasət Rusiya, İran, iraqlı şiə milislər, PYD və Hizbullah kimi ölkələr və qruplaşmaların da önəmli qazanclar əldə etmələrinə imkan yaratdı. Trampın Orta Şərq siyasəti və terrora yanaşması bu qazancların artmasına imkan yaradacaqdır. Görürük ki, Tramp terroru sünni dünyadaki radikalla eyniləşdirib. Bu çərçivədə həmin səbəbdən bölgədəki mövcudluğunu qanuniləşdirməyə cəhd göstərən Rusiya ilə ortaq nöqtədə bir araya gəlir. Düz bu nöqtədə Tramp hakimiyyətinin Suriyadakı Əsəd rejiminə imkan yaradacağını görürük. Önəmli hissəsi müsəlman ünsürlərdən ibarət Suriya müxalifəti isə Trampa görə terrorçudur. Bu baxımdan deməli Əsədi də pisin yaxşısı kimi dəğərləndirir. Həmçinin Rusiyanın Tramp tərəfindən bir tərəfdaş kimi mənimsənməsi Əsəd rejimi ilə Tramp hakimiyyəti arasında yapışqan vəzifəsi üzərinə götürəcəyini söyləyə bilərik. Əsədi terrora qarşı müttəfiq kimi görən Trampla birlikdə artıq Suriyada “Əsədsiz həll yolu” axtarılmasının tamamilə gündəmdən çıxdığını söyləmək səhv olmaz. Ancaq toqquşmaların davam etməsi Suriyada ev-eşiklərindən didərgin salınan mülki əhaliyə nə olacağı sualını gündəmə gətirir. Bu mövzuda Tramp neytral bölgə yaradaraq didərgin edilən insanların o bölgədə yerləşdirilməsini təklif edir. Bu nöqtədə Trampın çıxış nöqtəsi əlbəttə ki bu insanların təhlükəsizliyini təmin etmək deyildir. Müsəlmanları potensial təhdid kimi görən Trampın niyyəti Suriyadan Qərbə qaçqın axınının qarşısını almaqdır. Suriyalılar üçün Tramp ümidə açılan qapıları bağlayan şəxsdir. Heç şübhə yoxdur ki, suriyalılarla yanaşı Tramp dövründə Orta Şərq siyasətindən ən mənfi şəkildə təsirlənəcək olan Fələstinlilərdir. ABŞ-da indiyədək həyata keçirilən seçki kampaniyalarında ən sərt İsrail tərəfdarı mövqe ortaya qoyan şəxs Tramp olmuşdur. Artıq İsrailə məsələnin həlli üçün müzakirə masasına oturması üçün ABŞ tərəfindən təzyiq edilməsini gözləmək səhv olar. Trampın yaşayış məntəqələri barədə də hər hansı tənqidi yoxdur. Mövzunu vəhiməli hala gətirən digər bir məsələ isə budur ki, Tramp Qüdsü İsrailin əbədi paytaxtı olaraq rəsmiyyətdə tanımaqdan imtina etmir. Trampın Obama dövründə qəbul edilən nüvə sazişə qarşı olduğu məlumdur. Ancaq bu vəziyyətin İran-ABŞ əlaqələrində mənfi istiqamətdə bir gərginliyə səbəb olacağını söyləmək səvh olardı. Trampın ümumi olaraq Orta Şərq siyasəti cəhətdən nəzər saldıqda İran üstün olma mövqeyini davam etdirir. Hər şəydən əvvəl Trampın terroru daha çox radikallaşmış sünniliklə eyniləşdirməsi və Əsəd rejimi və Rusiya ilə əməkdaşlıq etməyi istəməsi də İranın lehinə olan haldır. Həmçinin Trampın Səudiyyə Ərəbistanını radikal təşkilatlara qarşı mülayim olmaqda ittiham etməsi və bu ölkənin neftinin ixdalına son qoymaq barədə təhdid etməsi da İranlılar tərəfindən məmnunluqla qarşılandı. Trampın nüvə sazişi yenidən müzakirəyə çıxaracağını bildirməsi sadəcə ölkə daxilindəki mülayim praqmatik güc mərkəzlərini zəiflədəcək bir addım kimi ortaya çıxır. Xülasə sözlə Tramp dövründə tətbiq edilməsi gözlənilən Orta Şərq siyasəti bölgəni daha problemsiz hala gətirəcək bir siyasət kimi görünmür. Hətta bu siyasətin mövcud güc tarazlığına elə çox təsir edəcək xüsusiyyətti də yoxdur.

Xudaferin.eu

12:43