Tramp, Ərdoğan və Putin bu ölkəni böldü - Məxfi sazişin detalları

Suriyanın ABŞ, Türkiyə və Rusiya arasında bölünməsi ilə bağlı məxfi razılaşma var. Bu barədə MOSSAD-a yaxınlığı ilə seçilən “Debka” saytı yazıb. Sayt qeyd edir ki, Suriyanın İsrail və İordaniya ilə olan sərhədləri boyunca strateji və hərbi dəyişikliklər olacaq. İddiaya görə, Trampla Putin arasında keçiriləcək telefon danışığında Suriyada ABŞ, Türkiyə və Rusiyanın “təhlükəsiz bölgələri”nin yaradılması məsələsi razılaşdırılacaq. Beləliklə, Suriyada üç “təhlükəsiz bölgə” qurulacaq və bu bölgənin sərhədlərini üç ölkə müəyyən edəcək. Suriyaya hərbi nəzarət də Vaşinqton, Ankara və Moskva arasında bölünəcək. Nəticədə İran ordusu, şiə milislər və hizbullaha aid güclər Suriyadan çıxarılacaq.

Sayt yazır ki, ABŞ ordusu Suriyada iki “təhlükəsiz bölgə”yə sahib olacaq. Bura kürdlərin əlindəki ərazilərdən tutmuş Fərat çayının şərqindən İraq sərhədinə qədər olan bölgə daxildir. Rusiya Fərat çayının qərbindən Aralıq dənizinə qədər olan ərazilərə nəzarət edəcək.
Türkiyəyə isə Suriya ilə sərhəd boyunca 650 kilometrlik uzunluğunda, 35-50 kilometr enində bir əraziyə nəzarəti əlinə alacaq. Bu bölgə Əl Baba qədər uzanacaq. “Debka” hərbi mənbələrə istinadən bildirir ki, ABŞ-ın nəzarət edəcəyi ikinci bölgə isə Suriyanın İordaniya və İsrail sərhədindəki ərazilər olacaq. Məlumatlara görə, İordaniyada olan 7500 nəfərdən ibarət ABŞ-ın xüsusi təyinatlı qrupu hazırda Suriyaya keçərək adıçəkilən bölgədə yerləşir.
Qeyd edək ki, İranın Suriyadan çıxması İsrail üçün sərfəlidir. Lakin Tehranın buna hansı reaksiya verəcəyi də çox maraqlıdır.

Politika.Az

11:13