Tramp: Quzey Koreya ABŞ-a çata biləcək nüvə silahı istehsal edə bilməyəcək

ABŞ-ın yeni Donald Tramp deyib ki, Quzey Koreya ABŞ-a çata biləcək nüvə silahı istehsal edə bilməyəcək. “Bu baş verməyəcək!” deyə Tramp təfsilata varmadan Tvitter səhifəsində yazıb. Tramp bəyanatı Quzey Koreya lideri Kim Conq Unun ölkəsinin qitələrarası ballistik raketi sınaqdan çıxarmağa yaxın olduğunu elan etməsindən sonra verib. Quzey Koreya rəsmiləri isə Trampın son bəyanatı ilə bağlı dərhal şərh verməyib. Pxenyanın əsas müttəfiqi olan Çin isə Trampın Quzey Koreyanın nüvə proqramının qarşısını almadağına görə Pekini günahlandırmasından sonra onu "məsuliyyətsiz davranışına" görə tənqid edib.

Qeyd edək ki, Quzey Koreya illərdir ki, qitələrarası məsafə qət edə biləcək atom bombası əldə etməyə can atır. Tramp bildirib ki: “Tvitter səhifəsində “Çin ABŞ-da tamamilə birtərəfli ticarətdə külli miqdarda pul və var-dövlət əldə edir, amma Quzey  Koreya məsələsinə gəldikdə kömək etmir. Çox gözəl!”.
Güney Koreya Trampın tvitlərini alqışlayaraq onun "Şimali Koreyadan qaynaqlanan təhlükəni aydın anladığını" bəyan edib.
“Bu, Kim Conq Unun raketlərlə bağlı Yeni İl ərəfəsindəki bəyanatlarına qarşı aydın xəbərdarlıq kimi yozula bilər," deyə Güney Koreya Xarici İşlər nazirliyinin sözçüsü Ço Cun-Hyuk bildirib.

Amerikaninsesi.org

13:18