Tramp: “İranlılara Amerikaya viza məhdudiyyəti tətbiq ediləcək”

Amerika prezidenti Donald Tramp seçki kampaniyası dövründə Meksika ilə sərhəddə divar inşa etdirəcəyinə dair söz vermişdi. Artıq Meksika ilə sərhəddə divarın inşasına başlanılması üçün gərəkən qərarını da vermişdir. Bundan başqa, Suriya, İraq, İran, Yəmən, Liviya, Sudan və Somali vətəndaşlarına viza verilməsinə məhdudiyyət tətbiq ediləcək. Tramp yuxarıda adı qeyd edilən 7 dövlətin vətəndaşlarının qaçqın kimi Amerikaya girməyinə məhdudiyyət tətbiq edəcək. ABD mediası qadağaların 4 ay qüvvədə olacağını yazır.

20 yanvar 2017-ci il tarixində and içərək prezident kimi fəaliyyətə başlayan Tramp Çinlə üz-üzə gəlib, İsraildə bayrama səbəb olub, mətbuata qarşı müharibə elan edib, beynəlxalq ticarət müqaviləsini ləğv edib. Tramp həm də Obama tərəfindən üç dəfə rədd edilən iki kəmər layihəsini imzalayıb.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

12:02