Tramp hərbi sahəyə 700 milyard ayırdı

ABŞ prezidenti Donald Tramp ölkənin hərbi büdcəsini təsdiq edib.

Xudaferin.eu xəbər verir ki, daha öncə büdcə layihəsi ABŞ Konqresinin hər iki palatası tərəfindən qəbul olunub.

Sənədə əsasən, ABŞ-ın 2019-cu maliyyə ili üçün hərbi büdcəsi 716 milyard dollar təşkil edəcək. 2017-ci ilin hərbi büdcəsi ilə müqayisədə yeni maliyyə planı 13%, 2018-ci illə müqayisədə isə  2% artıb.

Xudaferin.eu

11:01