Tramp: “dünyanın bir nömrəli terrorçu dövləti İrana, qarşı sanksiylar daha güclənməlidir”

 

Amerika prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib. Amerika savunma naziri də dünən İran mollakratiya rejiminin terrorizmin ən böyük sponsoru adlandırıb.  
“İran dünyada bir nömrəli terrorçu dövlətdir. Bu ölkə Amerikaya qətiyyən hörmət etmir. Eyni zamanda, İran silahlanmaya külli miqdarda pul xərcləyir”, deyə D.Tramp bildirib. O, həmçinin İrana qarşı tətbiq edilən sanksiyların bundan sonra gücləndiriləcəyinə söz verib. Bundan əvvəl D.Tramp özünün “Tvitter” hesabında İranın ünvanına sərt ifadələr işlədib. “İran odla oynayır. Onlar prezident Obamanın İrana münasibətdə necə “xeyirxah” olduğunu lazımınca qiymətləndirmirlər. Mən isə belə olmayacağam!”, Tramp yazıb.

Amerikanın yeni vitse-prezidenti Mayk Pens ABC telekanalına müsahibəsində İranla 5+1 qrupu arasında əldə edilən nüvə sazişindən danışaraq, rəsmi Tehranın Amerikaya qarşı təhrikçi əməllərinə münasibət bildirib. Qərblə İran arasında imzalanan nüvə razılaşmasını “dəhşətli dərəcədə pis saziş” adlandıran Mayk Pens Tehrana xəbərdarlıq edərək bildirib ki, İran Amerikanın yeni prezidentinin ciddiliyinə şübhə etməməlidir:

“İran, Ağ Evdə yeni prezidentin əyləşdiyini anlamalı, öz əməlləri ilə Trampın ciddiliyinin dərəcəsini yoxlamağa çalışmamalıdır. İranlılar dünya birliyi ilə nüvə sazişi imzalayıblar. Lakin Amerika hökuməti, prezident Tramp və mən hesab edirik ki, əldə edilən bu saziş, dəhşətlidir, pis sazişdir. Hazırda bu məsələni araşdırıb onu dəyərləndirməklə məşğuluq. Amerika prezidenti qarşıdan gələn günlərdə bütün müşavirlərinin məsələ ilə bağlı baxışlarını dinlədikdən sonra bu barədə qərar verəcək. Lakin o qərar verərkən səhvə yol verməyəcək. Elə buna görə də, güman edirəm ki, İran Trampın nə qədər ciddi və qərarlı olduğunu başa düşməli,  Amerikaya qarşı düşmənçilik siyasəti haqqında düşünməlidir”. Xatırladaq Yaponiyada danışıqlar aparan Amerika savunma bakanı James Mattis “terrorizmin ən böyük sponsorunun İran adlanan ölkə” olduğunu dedi.
Mattis “İran adlanan ölkədən danışılırsa, bu, dünyada terrorizmin yeganə böyük dövlət sponsorudur. Görməməzliyə vurmağın faydası yoxdur. Rədd etməyin faydası da yox” ifadəsini qullanıb. Fevralın 3-dən ABŞ İrana qarşı sanksiyaları genişləndirib. Rəsmi Vaşinqton sanksiyaların tətbiqini İranın ballistik raket proqramı və “Hizbullah” qruplaşmasının dəstəkləməsi ilə bağlayır.

 

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

 

09:31