Torontodakı teraktda erməni izi - VİDEO + FOTO

Kanadanın Toronto şəhərindəki insidentin təfərrüatı məlum olub. 

Xudaferin.eu bununla bağlı Rusiya mətbuatına istinadla xəbər verir. 

Şimali York rayonunda baş verən hadisə zamanı sürücü avtomobilini insanların üzərinə sürüb. Polis departamentinin rəhbəri bəyan edib ki, ilkin məlumatlara görə, sürücü şüurlu şəkildə hadisəni törədib. Buna görə də insident terror aktı kimi qiymətləndirilib. 

Hadisənin rezonans doğurmasına səbəb “Böyük yeddilik” ölkələrinin XİN rəhbərlərinin görüşünün Torontoda keçirilməsi olub. 

Məlumatlara görə, hadisə zamanı 10 nəfər həlak olub, 15 nəfər yaralanıb. Onlardan beşinin vəziyyəti ağırdır.

Hadisədən sonra sürücü polis tərəfindən saxlanılıb. Onun 25 yaşlı erməni əsilli Alik Minasyan olduğu bildirilib. Minasyan yerli kolleclərdən birinin məzunudur. 

Araşdırmalar zamanı onun hər hansı terror təşkilatının üzvü olmadığı aydınlaşıb. 

14:38