Tokio-2020-nin talismanlarını məktəblilər seçəcəklər

 

Tokioda 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları Yaponiyanın bütün məktəblilərinin qatılacağı talismanların seçkiləri prosesində ilk addımı atıblar.

Seçkilərin keçirilməsi qaydalarını özündə əks etdirən təlimatlar məktəblərə göndərilib.

Bu prosesin məktəblilər tərəfindən həyata keçirilməsi təklifinin müəllifi təşkilat komitəsi yanında talismanların seçkisi şurasının üzvü Takeşi Natsunodur. Noyabrın 20-də Tokionun Tiyoda rayonunun poçt şöbələrindən birinə gələn T.Natsuno açıq müsabiqə yolu ilə keçiriləcək səsvermənin qaydalarının əks olunduğu açıqcaların yola salınması prosesində iştirak edib. Həmin açıqcalar sayı 21 minə çatan ibtidai məktəblərə, o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqların təhsil aldıqları məktəblərə çatdırılacaq. T.Natsuno ümidvar olduğunu bildirib ki, talismanların Olimpiya və Paralimpiya Oyunları üçün əhəmiyyətini dərk edən uşaqlar ədalətli seçim edəcəklər.

Xudaferin.eu

"Uzaq Doğu Bürosu"

 

10:04