Tələbələr Tarix-Diyarşünaslıq Muzeyinə səyahət ediblər

 

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə universitetin bir qrup tələbəsinin iştirakı ilə Gəncə Tarix Diyarşünaslıq Muzeyində olublar. Gənclər Muzeydə Azərbaycanın ən qədim zamanlarından XIX əsrin sonlarınadək olan tarixi eksponatları ilə yaxından tanış olublar.

Qafqaz Albaniyası dövrünə aid gümüş qadın tacı, Nizami Gəncəvinin qəbrindən aşkarlanan çıraqlar, Gəncə xalçaçılıq məktəbinə məxsus xalça nümunələri, Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid sikkələr, zərgərlik nümunələri, müxtəlif dövrlərə aid saxsı, metalişləmə nümunələri, Gəncə Xanlığının bayrağı ilə tanışlıq tələbələrdə xoş təəssüratlar yaradıb.

Muzeyin Xocalı soyqırımına həsr edilən guşəsi ilə tanış olan məktəblilərə əsrin faciəsi haqqında ətraflı məlumat verilib. Qeyd edək ki, Muzeyin 18 salonunda Gəncənin maddi-mədəniyyət abidələrinə aid 30 mindən çox eksponat sərgilənir.

Hicran Məmmədova

Gəncə

09:39