Tələbələr bu hüquqlarından istifadə edə biləcəklər - 15 il

Ali təhsilin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər.

Məlumata görə, bu hallar Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə təsiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair qaydalar”da öz əksini tapıb.

Qaydalara əsasən, xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alıb sonradan səhhətinə görə xaric olunan şəxslər ixtisasına uyğun olaraq Azərbaycanın müvafiq mülki ali təhsil müəssisələrinə bərpa oluna bilərlər. Hər hansı bir səbəbdən xarici ölkə ali təhsil müəssisəsinin tələbələr sırasından xaric edilmiş şəxs ixtisasına uyğun olaraq Azərbaycanın müvafiq mülki ali təhsil müəssisəsinə bərpa oluna bilər.//Trend

18:11