Tiflisdə yeni veb-platforma yaradılıb

 

Gürcüstanda fəaliyyət göstərən I kanalın nəzdində yeni (1TV.ge) veb-platforma yaradılıb. Veb-platforma yeni dizaynda tamaşaçılara təqdim edilir. Gürcüstanda ilk dəfə yaradılan bu veb-platforma tamaşaçıya yeni xəbərləri yeddi dildə təqdim edir.

Gürcü və ingilis dilindən başqa, veb-səhifədə yeni xəbərlər abxaz, osetin, Azərbaycan, erməni və rus dillərində təqdim ediləcək. Digər yeniliklərlə bərabər, veb-səhifənin audio-yenilik funksiyası da var. Müəyyən düyməyə basdığınızda, avtomatik olaraq, saytda təqdim edilən bütün yenilikləri oxuya bilərsiniz. Müxtəlif rubrikalar, audio-yenilik, foto-qalereya, Gürcüstandan və digər ölkələrdən birbaşa yayımlama, yeddi dildə yeni-yeni xəbərlər — bütün bunlar Birinci kanalın yeniləşdirilən veb-səhifəsində olacaq və bu, tamaşaçılara təqdim etdiyimiz yeniliklərin hələ bir hissəsi olacaq. Qeyd edək ki, yeni veb-platforma ilkin mərhələdə internet vasitəsilə yayımlanacaq.

 

Xudaferin.eu

Gürcüstan, "Tiflis Bürosu"

 

10:30