Tiflisdə təmizlik müfəttişləri göründü

 

Gürcüstanın başkəndi Tiflisdə təmizlik müfəttişləri göründüTbilisi şəhərində təmizlik müfəttişləri fəaliyyətə başladı
 

Tiflisdə şəhər bələdiyyəsinə bağlı olan “Tbilservis qrup"unun müfəttişləri işə başlayıblar. Onlar artıq 14 nəfər hüquq pozucusunu aşkar ediblər. Təmizlik müfəttişləri ən böyük cəzanı ətrafı siqaret tullantısı ilə zibilləyənlərə yazıblar. Bələdiyyə sahəsini qanunsuz tikinti tullantıları ilə zibilləyən şəxs də onlar tərəfindən cəzalandırılıb. Beləliklə, 14 nəfər qanunu pozduqları üçün 80 laridən 100 lariyədək cərimələniblər. "Tbilservis qrup”unun verdiyi məlumata görə, onlardan 3-ü əcnəbilərdir.

Bu ilin aprel ayının 20-dən etibarən Tiflisdə gəzən təmizlik müfəttişləri fiziki və hüquqi şəxslərə "Tullantıların idarəsi məcəlləsi" ilə bağlı qanunu pozanlara cəza kəsəcəklər.
Qeyd edək ki, Avropanın bütün dövlətlərində yerli bələdiyyələrin tərkibində “təmizlik müfəttişləri” adlı qurumlar fəaliyyət göstərir. Onlar gün ərzində şəhərlərin və ya qaəbələrin küçələrini, meydanlarını, hətta məhəllələrarası məkanları gəzərək ətraf mühiti zibilləyən vətəndaşları cərimələmək kimi funksiyanı icra edirlər. Cərimələr qəbz vasitəsilə icra olunur. Vətəndaşlar isə cəriməni yerində deyil, bank vasitəsilə həyata keçirirlər.

Naira Paşayeva

Gürcüstan, Tiflis

09:29