Tiflisdə əməliyyat zamanı radikal islamçılar öldürülüb

 

Gürcüstan başkəndi Tiflisdə radikal islamçıların gizləndiyi binanın mühasirəsi zamanı bir xüsusi təhlükəsizlik əməkdaşı, 3 şübhəli şəxs həlak olub. Tiflisin İsani rayonunda yaşayış binası ətrafında 20 saat davam edən atışma və partlayış səsləri, nəhayət susub, rəsmilər bildiriblər.

Onların açıqlamasına görə, bir silahlı şəxs həbs edilib, dörd əsgər yaralanıb. Bildirilir ki, şübhəli şəxslər təslim olmaq istəməyiblər. Şübhəlilərin gürcü millətindən olmadığı hesab edilir. Rəsmilər onların "terrorçu qrup üzvləri" olduğunu güman edir və şəxsiyyətlərinin müəyyənləşməsi üzərində iş apardıqlarını deyirlər.

Təhlükəsizlik xidmətinin rəsmisi Nino Giorgobiani bildirib ki, şübhəli şəxslər təslim olmaq  və atışmanı dayandırmaq tələbini rədd ediblərmiş. Əhalisinin əksəriyyətinin xristian olduğu Gürcüstanda cihadçı əlaqələrinə yaxın illərə qədər rast gəlinməyib, jurnalistlər deyirlər. Ancaq o da məlumdur ki, 50-yə yaxın Gürcüstan vətəndaşı özünü İslam Dövləti adlandıran qruplaşmanın tərkibində döyüşür, ya da onunla bağlıdır. Onların əksəriyyəti Əhməd rayonunun Pankisi vadisində yaşayan kistin-çeçenlər olduğu isə kimsəyə sirr deyil. Son 15 ildə Pankisi vadisində sələfiliyin inkişaf etməsi və burada yetişən radikal islamçıların Suriya, İraq və digər Orta Doğu öğlkələrində “İslam Xilafəti” ideyası uğrunda savaşda iştirak etdikləri də çoxdan hər kəsə bəllidir. İraq böranının sonucu olaraq İŞID qruplaşmaları tərəfindən döyüşən radikal islamçıların çoxu yenidən Qafqaza geri dönməyə başlayıblar.

Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”

 

 

10:28